"Liverpul" 4 futbolçunun komandadan ayrıldığını açıqlayıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 2016-cı ildən "Liverpul"da çıxış edən qapıçı Loris Karius, eləcə də 2014-cü ildə "qırmızılar"ın sıralarına qoşulan hücumçu Divok Oriqi ilə iş birliyinə son qoyulub.
Həmçinin klubun ötən mövsüm başqa komandalarda icarə əsasında çıxış etmiş yetirmələri - Şeyi Oco və Ben Vudbörn də İngiltərə nəhənginə lazım olmayıb.
Oyunçuların hamısı "Liverpul"un düşərgəsini azad agent qismində tərk edib.
Emin