Son mövsümü "qızıl dubl"la başa vuran "Qarabağ" bu gün toplanışa başlayıb.
Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, komanda axşam saatlarında yüngül məşqlə kifayətlənib.
Ağdamlılar tam heyətlə məşq etməyib. Müxtəlif millilərin düşərgəsində olan futbolçulardan başqa, İbrahima Vadji, Abdullah Zubir və "Ankaragücü"dən icarədən qayıdan Ovusu Kvabena hazırlığa qatılmayıb. Vadji sabah düşərgəyə gələcəksə, Zubir və Ovusu "köhlən atlar"a iyunun 11-də qoşulacaq.
Nihat