Yay keçid dövrünün gündəm mövzularından biri Robert Levandovski ilə "Bayern Münhen" arasındakı problemdir. 2023-cü ilin yayına qədər münhenlilərlə müqaviləsi olan polşalı hücumçu dəfələrlə klubdan ayrılmaq istəyini dilə gətirsə də, rəhbərlik onun "Barselona"ya transferinə şərait yaratmır.
Fanat.Az xəbər verir ki, rəhbərliyin "Bayern" üçün böyük xidmətləri olan futbolçu ilə "körpüləri yandırması"nın ciddi səbəblə bağlıdır.
TZ belə iddia səsləndirib. Mənbənin məlumatına görə, ulduz hücumçu baş məşqçi Yulian Naqelsmannla problem yaşayır. Hər şey baş məşqçinin bir göstərişindən sonra başlayıb. Bir məşqdə Naqelsmann hücumçuya səmərəliliyinin səviyyəsini daha da yüksəltmək üçün mərkəz vuruşlarında necə qaçmağı məsləhət görüb. Polyakın ona cavabı isə sərt olub: "Bu mövsüm 41 qol vuran mənəm, sən yox".
Daha sonra Levandovski zədələndiyini bəhanə gətirərək məşqi yarımçıq tərk edib.
Mirağa