Azərbaycan şahmatçısı Eltac Səfərli İtaliyanın Kattolika şəhərində keçirilən festivalda çıxışını davam etdirir.
Fanat.Az xəbər verir ki, 30 yaşlı qrossmeyster yarışın altıncı və yeddinci turlarında, müvafiq olaraq, Srivatşav Rahul və Dey Şahillə (hər ikisi Hindistan) üz-üzə gəlib. İlk görüşünü ağ, digərini qara fiqurlarla oynayan Səfərli hər iki matçı "sülh"lə başa vurub.
Beləliklə, xalını 5-ə çatdıran şahmatçımız lider Levan Pantsulayadan (Gürcüstan) yarım xal geri qalmaqla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
İsveçrə sistemi üzrə 9 turdan ibarət festivalda ümumilikdə 54 şahmatçı iştirak edir.
Qeyd edək ki, Səfərli mayda İtaliyanın Montebelluna şəhərində təşkil olunan yarışda üçüncü yeri tutub.