Son mövsümü "qızıl dubl"la bitirən "Qarabağ" dünəndən hazırlıqlara başlayıb.
Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, müxtəlif milli komandalardakı futbolçular məşqlərdə iştirak etmir.
Bu gün dünənki məşqi buraxan legionerlər - Kevin Medina və İbrahima Vadji də kollektivə qoşulub. İcazəli olan Abdullah Zubirin sabah, Ovusu Kvabenanın isə birisigün Azərbaycanda olacağı gözlənilir.
Qeyd edək ki, hazırda Patrik Andrade də "Qarabağ"ın düşərgəsində deyil. Ağdamlılar kabo-verdeli yarımmüdafiəçi hələ də yeni anlaşma ilə bağlı razılığa gələ bilmədiyi üçün onun növbəti mövsümə harada başlayacağı sual altındadır.
Nihat