Azərbaycan millisinin futbolçusu Mahir Emreli Slovakiyaya 0:1 hesabı ilə məğlub olduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyunundan sonra "CBC Sport" telekanalına açıqlama verib.
Fanat.Az xəbər verir ki, "Dinamo Zaqreb"in 25 yaşlı forvardı millinin artıq hücumameyilli oynamağa başladığını dilə gətirib: "Ümid edirəm ki, sonuncu görüşdə qələbə qazanacağıq və qolsuzluq tilsimini qıracağıq.
Ünvanıma olan tənqidlərə normal yanaşıram. Uzun müddət yığmada qol vurmayanda insanlarda belə fikir formalaşması normaldır. Amma qol vurmağı hamıdan çox özüm arzulayıram. Legioner olmaq gözəl hissdir, amma heç bir hiss doğma vətənin üçün oynamaqdan üstün deyil. Bu söhbətlərə son qoymaq istəyirəm. Ümid edirəm ki, növbəti görüşdə fərqlənə biləcəyəcəm".