İyunun 17-dən bir araya gələn "Simurq" təlim-məşq toplanışının ikinci mərhələsinə start vermək üçün Türkiyəyə yollanıb. Buna qədər hazırlıqları Bakıda davam etdirən "Simurq", artıq qardaş ölkədədir.
Georgi Çixradzenin yetirmələri iyulun 8-də ölkəyə qayıdacaq. Burada üç yoldaşlıq görüşündə gücünü sınayacaq Zaqatala təmsilçisinin heyətinə ilk təlim-məşq toplanışında iştirak etməyənlər də qoşulacaq. Həmçinin düşərgəyə baxış üçün dəvət edilmiş yeni futbolçularda növbəti günlərdə düşərgəyə təşrif buyuracaq.
Qeyd edək ki, komandanın Türkiyədəki hazırlıqlarındakı ilk rəqibidə artıq dəqiqləşib. Sarı-qaralar iyulun 30-da "Spartak-Nalçik"lə qarşılaşacaq. "Simurq" növbəti yoldaşılıq görüşlərini isə iyulun 3-də və 7-də keçirməyi planlaşdırır. Ancaq Georgi Çixradzenin növbəti rəqiblərinin kimlər olacağı hələ dəqiqləşməyib.
İdman24.az