"Barselona"nın baş məşqçisi Xavi komandasında görməyi arzuladığı futbolçu barədə rəhbərliklə müzakirə aparıb.
Fanat.Az "Sport.es"ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin çalışdırıcısı klub bosslarına "Sevilya"nın mərkəz müdafiəçisi Jül Kundenin transferinin çox vacib olduğunu deyib.
Mənbə "Barsa"nın yaxın vaxtlarda Fransa millisinin üzvü üçün Əndəlüs təmsilçisinə rəsmi təklif göndərəcəyini vurğulayıb.
23 yaşlı Jül 2019-cu ildən "Sevilya"da çıxış edir. "Transfermarkt" portalı onun transfer qiymətini 60 milyon avro ilə dəyərləndirir.
Nihat