Milan "İnter"i slovakiyalı müdafiəçisi Milan Şkrinyarı satmağa hazırdır.
Fanat.Az xəbər verir ki, informasiyanı insayder Alfredo Pedulla sosial şəbəkə hesabları üzərindən yayıb.
Mənbə "qara-göylər"in arxa xətt oyunçusunu 80 milyon avroya satmağı planlaşdırdığını açıqlayıb. Şkrinyar uğrunda PSJ və "Çelsi"nin mübarizə apardığı və artıq "İnter"in Paris klubunun 50 milyonluq təklifini geri çevirdiyi vurğulanıb.
Nihat