Avropada əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Goal" saytı: "Real Madrid"dən azad agent qismində ayrılan sol cinah müdafiəçisi Marselo "Fənərbağça"ya keçəcək. Futbolçu istirahətə getmədən öncə müqavilə imzalayacaq".
"Sky Sport" saytı: "Tottenhem"in baş məşqçisi Antonio Konte klub rəhbərliyindən "Udineze"nin 19 yaşlı müdafiəçisi Destini Udoqini transfer etməyi xahiş edib".
"Sky Sport Deutschland" saytı: "Bayern Munhen" rəhbərliyi "Liverpul"un ulduz hücumçusu Sadio Maneni üçün 40 milyon avroya transfer edəcək. Almanlar bundan başqa, qarşı tərəfə bonuslar şəklində daha 12 milyon avro ödəməli olacaq".
"Caught Offside" saytı: "PSJ-nin müdafiəçisi Əşrəf Hakimi "Çelsi"yə keçməyə yaxındır".
"Caught Offside" saytı: "Mançester Yunayted" Amsterdamın "Ayaks" klubunun yarımmüdafiəçisi Entoni ilə müqavilə imzalamaq üçün işə başlayıb. Yarımmüdafiəçi "qırmızı şeytanlar"a 50 milyon avroya başa gələcək".
"The Telegraph" nəşri: "Tottenhem" "Everton"un hücumçusu Rişarlisonla müqavilə bağlamağa o qədər can atır ki, mersisaydlıları razı salmaq üçün bir neçə variantı nəzərdən keçirməyə hazırdır. Belə ki, London klubu "Everton"a iki yarımmüdafiəçini -Harri Uinks və Lukas Mouranı təklif etmək istəyir".
"Mundo Deportivo" nəşri: "Bir neçə tanınmış klub bu yay "Atletiko Madrid"in keçmiş hücumçusu Luis Suaresi almaq üçün mübarizəyə qoşulacaq. "El Pistolero"nu "Ayaks", "Aston Villa", "Qalatasaray", "Fiorentina" və "Atalanta" heyətinə qatmaq istəyir.
"Bayern Münhen" klubunun rəsmi saytı: 20 yaşlı futbolçu Rayan Qravenberx "Bayenr Münhen"in futbolçusudur. Qravenberxlə 2027-ci ilin iyun ayına qədər müqavilə imzalanıb".
Emin Şəmsiyev