Türkiyə mətbuatında "Qarabağ"ın hücumçusu Ovusu Kvabenanın xidmətində "Sakaryaspor"un maraqlı olduğu barədə informasiya yayılıb.
Xəbərə görə, son mövsümü qardaş ölkənin 1-ci liqa təmsilçisi "Ankaragücü"də keçirən qanalı forvardın karyerasını "Sakaryospor"da davam etdirmək ehtimalı yüksəkdir. Yazılanlara inansaq, forvardın icarəyə götürülməsi və ya Sakarya təmsilçisinin onun transfer hüquqlarına yiyələnmək variantları var.
Məsələ ilə bağlı Ağdam təmsilçisinin baş direktoru Əmrah Çəlikəlin fikirlərini öyrəndik. Klub rəsmisinin Fanat.Az-a açıqlaması belə oldu:
"Belə xəbərlərin yayılması normaldır. O, son mövsümü Türkiyədə keçirib. Ancaq Kvabena ilə bağlı nəinki "Sakaryaspor"dan, hər hansı başqa klubdan da təklif almamışıq. Bu gün üçün mövcud vəziyyət belədir".
Nihat