"Liverpul" bu yay yapon vingeri Takumi Minaminonu satmaqda qərarlıdır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbə "qırmızılar"ın 27 yaşlı futbolçunu 17 milyon avroya satacağını və artıq asiyalı oyunçunu 3 klubun istədiyini vurğulayıb.
2020-ci ilin yanvarında "Zaltsburq"dan transfer edilən Minamino bütün turnirlər daxil olmaqla, son mövsümdə "Liverpul" formasıyla 24 matça çıxıb. Bu qarşılaşmalarda 10 qol vuran vinger 1 məhsuldar ötürmə ilə də yadda qalıb. Onun İngiltərə təmsilçisi ilə olan müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.
Nihat