"Qəbələ"nin keçmiş futbolçusu Ceyms Adeniyi karyerasını Türkiyədə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, nigeriyalı hücumçu 1-ci Liqa təmsilçisi "Tuzlaspor"la anlaşıb.
29 yaşlı forvardla bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ceyms Adeniyi 2018/2019 və 2020/2021 mövsümlərində "Qəbələ"də çıxış edib. O, ötən mövsümü İsrailin "Makkabi" (Petax-Tıkva) klubunda keçirib.
Mirağa