Dünyaca məşhur videooyun istehsalçısı "EA Sports" FİFA ilə əməkdaşlığa son qoyub.
Fanat.Az xəbər verir ki, bu barədə şirkət rəsmi saytında məlumat yayıb.
"EA Sports" artıq FİFA seriyasında oyunlar istehsal etməyəcək.
Bu seriyadan sonuncu oyun sentyabrdan satışa çıxarılacaq FIFA 23 futbol simulyatoru olacaq.
Əməkdaşlığa xitam verildikdən sonra oyun "EA Sports FC" adlanacaq.
Şirkətin rəhbəri Endryu Uilsonun sözlərinə görə, bu brendin özü (FİFA oyunu) futbol təşkilatından daha çox nüfuza malikdir.
Əməkdaşlığa son qoyulmasında əsas səbəb futbol qurumunun bu ad altında öz istehsalı olan oyunlarını buraxmaq planıdır.
Xatırladaq ki, "EA Sports" FİFA ilə 1993-cü ildən əməkdaşlıq edirdi.
Emin