Ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Qəbələ” iki futbolçu ilə yollarını ayırıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qapıçı Nicat Mehbalıyev və yarımmüdafiəçi Ehtiram Şahverdiyev bundan sonra qırmızı-qara formada çıxış etməyəcəklər.
2021-ci ilin yayından “Qəbələ”nin şərəfini qoruyan Nicatın icarə müqaviləsinin müddəti bitib və o, "Sabah"a dönüb. Ehtiramın isə başa çatan sözləşməsi yenilənməyib.
Əvəzində üç futbolçunun müqavilə müddəti uzadılıb. Belə ki, Asif Məmmədov, Murad Musayev və Ürfan Abbasovla anlaşmalar yenilənib. Futbolçularla imzalanan yeni müqavilələr daha bir il müddətinə nəzərdə tutulub.
Qeyd edək ki, “Qəbələ” bundan əvvəl Ruan Renato, İsnik Alimi, Kristof Atanqana və Yaovi Akakpo ilə müqavilələri bir il müddətinə uzadıb.