"Roma" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, "canavarlar"ın hədəfi Fransanın "Lill" klubunun və Türkiyə millisinin müdafiəçisi Zəki Çəlikdir.
İnformasiyanı jurnalist Canluka Di Martsionun şəxsi saytı yayıb.
Mənbə Joze Mourinyunun 25 yaşlı Zəkinin transferini şəxsən istədiyini və rəhbərliyi bu barədə məlumatlandırdığını vurğulayıb. Roma təmsilçisinin "Lill"ə rəsmi təklif göndərməyə hazırlaşdığı bildirilib.
Çəlik bu mövsüm "Lill" formasıyla bütün turnirlərdə 40 oyuna çıxaraq 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə olan müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq. "Transfermarkt" portalı türk futbolçunun transfer qiymətini 18 milyon avro ilə dəyərləndirir.
Nihat