16:32 14.06.2022 730

"Qarabağ"ın rəqibini tanıyaq: 5-ci duel ilklə yadda qalacaq

"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi Polşanın "Lex" klubu olacaq. Bir əsrlik yaşı olan, konkret, bu il 100 illiyini qeyd edən Poznan klubu səkkizqat çempion və Polşa Kubokunun beşqat qalibidir. 

Fanat.Az xəbər verir ki, Poznan təmsilçisi indiyədək Azərbaycan klubları ilə 4 dəfə qarşılaşıb.

"Lex" ilk dəfə 2005-ci ildə Azərbaycana səfər edib. UEFA İntertoto Kubokunda "Karvan"ın rəqibi olan polşalılar hər iki görüşdə qalib gələrək mərhələ adlayan tərəf olub. İyunun 19-da "Şəfa" stadionunda (indiki "ASK Arena") 2:1 hesabı ilə qalib gələn Poznan klubu bir həftə sonra öz meydanında 2 cavabsız qolla üstün olub. 

2008/2009 mövsümündə UEFA Kubokunun I mərhələsində "Xəzər Lənkəran"a rəqib olan "Lex" yenə bizimkiləri çətinlik çəkmədən üstələyib. UEFA Kubokunun I təsnifat mərhələsi çərçivəsində ilk oyun Bakıda baş tutub. 17 iyul 2008-ci ildə Tofiq Bəhramov adına Respublika stadionda keçirilən görüşdən 1:0 qalib dönən "dəmiryolçular" cavab qarşılaşmasında daha amansız olub - 4:1.

"Lex"in Azərbaycan klubları ilə yolu üçüncü dəfə 2010-cu ildə kəsişib. Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində ilk görüş yenə Bakıda baş tutub. 13 iyulda "Tofiq Bəhramov"da "İnter"in (hazırki "Şamaxı"nın) qonağı olan Polşa klubuna ən böyük çətinliyi məhz sabiq "bankirlər" yaradıb. İlk matçda 0:1 uduzmasına baxmayaraq, ayın 21-də Poznanın "Miejski" stadionunda baş tutan görüşdə təmsilçimiz 1:0 hesabı ilə qalib gəlib. Əlavə vaxtda da qol olmadığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Təəssüf ki, "Lex" "lotoreya"da bakılıları 9:8 üstələyərək mərhələni adlayan tərəf olub. 

Polşa çempionunun Azərbaycan təmsilçiləri ilə növbəti və sonuncu dueli yenə "Xəzər Lənkəran"a qarşı olub. 2012-ci ildə Avropa Liqasının 2-ci təsnifat mərhələsində cənub təmsilçisi bu dəfə rəqibini Lənkəranda qonaq edib. 19 iyuldakı görüşdə 1:1 hesabı qeydə alınıb. Səfərdəki qarşılaşmada 1:0 hesabı ilə qalib gələn "Lex" növbəti dəfə Azərbaycan klublarının mərhələ adlamasına imkan verməyib.

Beləliklə, "Qarabağ" "Lex"lə 5-ci cəhddə bu komanda ilə görüşlərdəki kabusa son verməlidir. Poznanlılarla görüş ilklə yadda qalacaq. Belə ki, tərəflər arasında mərhələnin ilk dueli səfərdə baş tutacaq. Halbuki əvvəlki 4 cəhdin hamısında Poznan klubunu öncə təmsilçilərimiz qəbul edib. Ümid edək ki, bu, elə müsbət əlamətdir. İstənilən halda, Qurban Qurbanovun komandası Polşa çempionununu mübarizədən kənarlaşdırmalıdır. "Qarabağ" son dönəmlərdə polşalılara qarşı uğurlu çıxışı ilə adından söz etdirib. Ağdamlılar 2010-cu ildə Krakov "Visla"sını (1:0, 3:2), 2013-də "Pyast"ı (2:1, 2:2 - ə.v.), 2020-də "Legiya"nı (3:0) mübarizədən kənarlaşdırıb ki, bu da xüsusi motivasiyadır.     

Qeyd edək ki, "Qarabağ"la "Lex" arasında ilk görüş 5-6 iyulda, cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək.

Mirağa
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:33

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

Facebookdan bizi izləməyi unutmayın.
X