UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"a rəqib olan "Lex Poznan"ın məşqçisi Matsey Kendziorek püşkü dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "Lex TV"yə danışan köməkçi-məşqçi Ağdam təmsilçisini belə təhlil edib:
"Kiminlə mübarizə aparmağımızdan asılı olmayaraq, "Lex" qarşıya qoyulan vəzifəsindən öhdəsindən gəlməlidir. Bu motivasiya ilə meydana çıxacağıq. Hədəfimiz növbəti mərhələyə yüksəlməkdir.
Rəqib haqda məlumatlıyıq. Baş məşqçiləri 2008-ci ildən 4-2-3-1 sisteminə üstünlük verən Qurban Qurbanovdur. Hücumda ən böyük qüvvələri braziliyalı Kadi Borges və seneqallı İbrahima Vadjidir. Yaxın günlərdə onları daha ətraflı təhlil edəcəyik.
İlk matçın harada baş tutması o qədər də önəmli deyil. Əvvəllər səfər qolu qaydasına görə cavab matçını evdə keçirmək üstünlük sayılırdı. “Qarabağ”la ilk matçdan üç gün sonra Polşa Superkubokunda “Rakuv”la üz-üzə gələcəyik. Bu baxımdan Konfrans Liqasına səfərdə başlamamağımız bizim üçün yaxşıdır. Amma hər şeyə meydanda aydınlıq gələcək. Hər bir detala diqqət yetirəcəyik. Azərbaycanda havaların isti keçməsi amilini də nəzərə alacağıq".
Qeyd edək ki, "Qarabağ" ilk oyununu 5-6 iyulda səfərdə, cavab görüşünü 12-13 iyulda evdə keçirəcək.
Mirağa