Milli Olimpiya Komitəsi qurumun baş katibi Azər Əliyevin Azərbaycan Pauerliftinq Federasiyasının birinci vitse-prezidenti seçilməsini təkzib edib.
Fanat.Az xəbər verir ki, MOK-un mətbuat xidmətinin rəhbəri Günay Malikqızı A.Əliyevin heç bir federasiyada vəzifə tutmadığını açıqlayıb.
Qeyd edək ki, A.Əliyevin APF-nin birinci vitse-prezidenti vəzifəsinə seçilməsi ilə bağlı daha öncə federasiya rəsmiləri və idmançılar sosial şəbəkədə paylaşım edib. Qurumdan mətbuata verilən açıqlamada dünən federasiya prezidenti Ələddin Əliyevin iştirakı ilə İdarə Heyətinin iclası baş tutduğu və A.Əliyevin yenidən birinci vitse-pirezident olaraq fəaliyyətini davam etdirəcəyi bildirilib.