Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə 12 cüt müəyyənləşib.
Azərbaycan çempionu “Qarabağ”ın da növbəti mümkün rəqibi bəlli olub. Ağdam təmsilçisi ilk mərhələdə Polşa "Lex"ini keçəcəyi halda İsveçrə "Sürix"i ilə qarşılaşacaq.
Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Dinamo Zaqreb" yarışa bu mərhələdən başlayacaq. Xorvatiya çempionu "Şkupi" (Şimali Makedoniya) - “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə qarşılaşacaq.
Çempionlar Liqası
II təsnifat mərhələsi
Çempionlar Yolu
"Tobol" (Qazaxıstan) / "Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya) / "Dinamo" (Batumi, Gürcüstan)
“Dinamo” (Zaqreb, Xorvatiya) - "Şkupi" (Şimali Makedoniya) / “Linkoln” (Cəbəllütariq)
"Lex" (Polşa) / "Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə)
HIK (Finlandiya) / RFŞ (Latviya) - “Viktoriya” (Çexiya)
TNS (Uels) / “Linfild” (Şimali İrlandiya) - "Budye Qlimt" (Norveç) / "Klasksvik" (Farer adaları)
"Balikani" (Kosovo) / "Jalgiris" (Litva) - "Malmö” (İsveç) / İlkin mərhələnin qalibi
"Lüdoqorets" (Bolqarıstan) / "Sutyeska" (Monteneqro) - "Şemrok Rovers" (İrlandiya) / "Hibernians" (Malta)
"Maribor" (Sloveniya) / "Şaxtyor" (Soliqorsk, Belarus) - "Zrinski" (Bosniya və Herseqovina) / "Şerif" (Moldova)
“Makkabi” (Hayfa, İsrail) - “Olimpiakos” (Yunanıstan)
"Pünik" (Ermənistan) / ÇFR (Rumıniya - "Düdelanj" (Lüksemburq) / "Tirana" (Albaniya)
Liqa yolu
“Dinamo” (Kiyev, Ukrayna) - “Fənərbağça” (Türkiyə)
“Midtüllan” (Danimarka) - AEK (Kipr)
Qeyd edək ki, II təsnifat mərhələsinin matçları iyulun 19-20-də və 26-27-də keçiriləcək.