İtaliya yığması UEFA Millətlər Liqasının qrup mərhələsinin dördüncü turunun matçında Almaniyaya uduzub. Münhenqladbaxda keçirilən görüş 5:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Fanat.Az xəbər verir ki, İtaliya 1957-ci ildən bəri ilk dəfə rəsmi matçda 5 qol buraxıb.
İtalyanlar sonuncu dəfə 1927-1960-cı illər aralığında keçirilən Mərkəzi Avropa Kubokunda Macarıstan komandasına 1:6 hesabı ilə uduzublar.
Mirağa