"Napoli"nin kolumbiyalı qapıçısı David Ospina karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb.
Mənbə qolkiperlə "Atletiko Madrid"in maraqlandığını vurğulayıb. Xəbərə görə, Neapol klubu növbəti mövsümdən start "11-lik"də daha gənc "çərçivə" qoruyucusuna - 25 yaşlı Aleks Meretə yer vermək niyyətindədir və bu səbəbdən Davidin İtaliya təmsilçisindən ayrılmaq ehtimalı yüksəkdir.
Ospina 2018-ci ildən "Napoli"dədir. Neapol təmsilçisində 103 oyuna çıxan əlcək sahibi 96 qola üzülübsə, 39 dəfə qapısını toxunulmaz saxlayıb.
Nihat