Bu gün İsrailin paytaxtı Təl-Əvivdə bədii gimnastika üzrə Avropa çempionatı start götürəcək.
Fanat.Az xəbər verir ki, yarışın ilk günündə yeniyetmələr arasında yarışlar baş tutacaq. Qitə birinciliyində Azərbaycanın üç təmsilçisi - Mədinə Dəmirova, Alina Məmmədova və Kamilla Qafarova mübarizə aparacaq.
Qeyd edək ki, böyüklərin yarışında ölkəmizi Zöhrə Ağamirova, Arzu Cəlilova və qrup hərəkətləri komandası təmsil edəcək.