"Arsenal"ın sabiq çalışdırıcısı Arsen Venger Kilian Mbappeni misal çəkərək digər qitələrin futbolun inkişafı baxımından Avropadan geri qaldıqlarını deyib.
Fanat.Az xəbər verir ki, ESPN hazırda FİFA-da işləyən fransalı məşqçinin söylədiklərini belə çatdırıb:
"Kilian Afrika kökənlidir. Amma o, bütün ömrünü Avropada keçirib. O, Kamerunda doğulsaydı, indiki səviyyədə futbolçu ola bilməzdi. Avropada məşq etdiyi üçün bu gün gördüyümüz Mbappeyə çevrilə bilib. Başqa qitələrə kömək lazımdır. İstedadların üzə çıxması üçün bu, çox vacibdir".
Qeyd edək ki, Vengerin FİFA-dakı əsas işi məlum çətinliklər fonunda afrikalı istedadların böyük futbola gəlişinə yardımçı olmaqdır. Eləcə də o, futbol qaydalarında müxtəlif dəyişikliklər edilməsinin tərəfdarıdır. Məsələn, 72 yaşlı mütəxəssis aut atışlarının əllə yox, ayaqla yerinə yetirilməsini daha düzgün sayır.
Nihat