"Çelsi" və "Mançester Yunayted"in keçmiş sahibi Piter Kenyon "Everton"u almaq istəyir.
Fanat.Az "The Telegraph"a istinadən xəbər verir ki, Kenyon amerikalı iş adamları Makyek Kaminski və Con Torntonun da daxil olduğu şirkətə rəhbərlik edir.
"Everton"un sahibi Fərhad Moşiri ilə danışıqlar ilkin mərhələdədir.
Qeyd edək ki, "Everton" klubu mart ayında 100 milyon funt sterlinqdən çox maliyyə itkisi ilə üzləşib.
Emin