Rusiyanın MOİK klubu baş məşqçi Aleksey Berezutski, eləcə də köməkçiləri Vasili Berezutski və Qriqori Babayanla yolları ayırdığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı Moskva klubunun mətbuat xidməti yayıb.
Aleksey Berezutski gedişi barədə danışıb: “Çətin bir mövsüm keçirdik. Təəssüf ki, bütün planlarımız həyata keçmədi. Klub rəhbərliyi ilə birgə qərar verdik ki, komandanı yeni mövsümə yeni məşqçi hazırlamalıdır. Bu qərarda ayrıca nəsə axtarmaq lazım deyil. Yeni məşqçilər korpusuna CSKA naminə uğurlar arzulamaq istəyirəm. Əminəm ki, yeni mövsüm "qırmızı-mavilər" üçün uğurlu olacaq.
Aleksey Berezutski MOİK-ə ötən mövsüm rəhbərlik edib. Onun rəhbərliyi altında komanda Rusiya Premyer Liqasında 5-ci yeri tutub, kubokda isə 1/4 finalda mübarizəni dayandırıb.
Rusiya mətbuatı Berezutskinin Tel-Əviv “Makkabi”sinin baş məşqçi postuna namizəd olduğunu iddia edir. MOİK-in yeni çalışdırıcısı isə Vladimir Fedotovdur.
Mirağa