"Çelsi"nin hücumçusu Romelu Lukaku PSJ-nin transfer siyahısına düşüb.
Fanat.Az "Corriere della Sera"ya istinadən xəbər verir ki, Paris təmsilçisi belçikalının transferi üçün apreldə "zadəganlar"a təklif göndərsə də, Lukaku Fransa klubuna keçmək istəmədiyini deyib.
Xəbərə görə, bir neçə gün öncə Belçika millisinin forvardına görə yenidən İngiltərə klubuna müraciət edən PSJ rəsmiləri yenə rədd cavabı alıb. Romelunun Milan "İnter"inə dönməyə can atdığı və bu səbəbdən digər təkliflərlə maraqlanmadığı vurğulanıb.
Nihat