İtaliyanın son çempionu "Milan" hücumçusu Aleksis Salemakerslə yollarını ayırmağı planlaşdırır.
Fanat.Az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira sosial şəbəkə hesabından paylaşım edib.
Mənbənin məlumatına görə, İtaliya klubu yay transfer pəncərəsində 15-20 milyon avroluq təklif alarsa, 22 yaşlı belçikalını satmağa hazırdır.
Aleksis 2020-ci ilin sentyabrından "Milan"dadır. Hücumçu 2021/2022 mövsümündə 46 matçda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
Mirağa