UEFA Konfrans Liqasının 2-ci mərhələsində "Makkabi Təl-Əviv"lə qarşılaşacaq "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov İsrail təmsilçisindən çəkinmir.
Fanat.Az xəbər verir ki, bu gün 40 yaşı tamam olan mütəxəssis püşklə bağlı özünün "Instagram" hesabında paylaşdığı video ilə buna işarə edib.
"Troya" filmindən olan videoda uşaq Axilles düşmənlə təkbətək döyüşdən çəkindirməyə çalışır: "Onunla döyüşməyə əminsən? Mən həyatımda onun kimi nəhəng birini görməmişəm. Mən olsam, onunla üz-üzə gəlmərəm".
Filmin qəhrəmanı isə cavabında: "Bax elə buna görə də sənin adın tarixdə qalmayacaq", - deyir.
Qeyd edək ki, UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları 21 - 28 iyulda olacaq.
Mirağa