"Ufa"nın futbolçusu Həmid Ağalarov Rusiya Premyer Liqasında (RPL) 2021/22-ci illər mövsümünün ən yaxşı gənc oyunçusu seçilib.
Fanat.Az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
Səsvermədə 131 xal toplayan 21 yaşlı hücumçu birinci olub. “Dinamo”nun yarımmüdafiəçisi Arsen Zaxaryan qalibdən 5 xal geri qalıb. Üçüncü yeri isə 46 xalla "Krasnodar"ın futbolçusu Eduard Spertsyan tutub.
Qeyd edək ki, 2021/22-ci illər mövsümündə RPL-də 29 oyun keçirən Ağalarov 19 qol vurub və bu göstərici ilə çempionatın bombardiri olub.