Azərbaycan millisinin və "Qarabağ"ın sabiq hücumçusu Vaqif Cavadov mövsümü "qızıl dubl"la başa vuran ağdamlıların Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibini dəyərləndirib.
Gənc mütəxəssis "Qarabağ" - "Lex" mübarizəsi ilə bağlı fikirlərini Fanat.Az-a bölüşüb:
"Qarabağ"a potensial rəqiblər arasından ən çətini düşdü. Ağdam təmsilçisini Polşa çempionu ilə ağır mübarizə gözləyir. Özüm püşkatma mərasimindən sonra "Lex"lə maraqlanmışam. Doğrudan da, heyəti səviyyəəli futbolçulardan qurulmuş, müxtəlif oyun modellərindən istifadə edən kollektivdir. Ancaq "Qarabağ"ın xarakterini də unutmaq olmaz. Azərbaycan təmsilçisi öz futbolunu oynayan, böyük avrokubok təcrübəsi olan komandadır. "Lex"lə oyuna yaxşı hazırlaşacaqlarına və sonadək mübarizə aparacaqlarına əminəm. Baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında Polşa klublarını avrokuboklarda dəfələrlə mübarizədən kənarlaşdıran "Qarabağ"ın bu dəfə də bizi sevindirəcəyinə ümidim böyükdür. Mən Azərbaycan çempionuna inanıram".
Nihat