"Mançester Yunayted"lə müqaviləsinin müddəti başa çatan və "Yuventus"a keçməyə yaxın olan Pol Poqbanın həyatından bəhs ediən "Pogmentary" sənədli serialı çəkilib.
Fanat.Az xəbər verir ki, "The Athletic" bu filmdən maraqlı bir epizoda diqqət çəkib.
Söhbət Poqba ilə onun keçmiş agenti, mərhum Mina Rayola arasında keçən iyun ayındakı dialoqdan gedir. Onlar "Mançester Yunayted"in Poqba ilə müqaviləni uzatmaq təklifini müzakirə ediblər. "Qırmızı şeytanlar"ın ikinci təklifinə görə, onun məvacibi həftədə 290 min funt sterlinqdən 300 minə qaldırılacaq və beləliklə o, dünyanın ən yüksək maaş alan futbolçularından biri olacaqdı. Bunu eşidəndə isə Poqba hirslə cavab verib: "Bir oyunçuya onu istədiyini necə deyə bilərsən və sonra "heç nə" təklif edəsən? Mən bunu əvvəllər heç görməmişdim".
Poqba peşəkar karyerasına “Mançester Yunayted”də başlayıb və 2012-ci ilə “Yuventus”a gedi. MY onu 4 ildən sonra 105 milyon avroya geri qaytarıb. İtaliya mətbuatının iddiasına görə, Poqba "Yuventus"la ildə səkkiz milyon avro maaşla müqavilə imzalamağa hazırlaşır. Bu isə futbolçunun "heç nə" kimi təsvir etdiyi "Mançester Yunayted"in təklifindən azdır.
Mirağa