Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Qəbələ" klubu yeni transfer reallaşdırıb.
Fanat.Az-ın əldə etdiyi xəbərə görə, "qırmızı-qaralar" "Şamaxı"dan ayrılan braziliyalı hücumçu Felipe Santosu rənglərinə bağlayıb.
Hələlik rəsmən açıqlanmasa da, klubun mətbuat xidməti transferi üstüörtülü şəkildə anons edib. Belə ki, "Qəbələ"nin "Facebook" səhifəsində "gəlir" yazaraq transferin bu dəqiqələrdə baş tutacağına işarə edib.
Qeyd edək ki, Felipe ötən yaydan etibarən ölkəmizdə çıxış edir. O, son mövsüm "Şamaxı"nın heyətində 6 qol vurub.
Mirağa