Azərbaycan bədii gimnastı Kamilla Qafarova İsrailin paytaxtı Tel-Əvivdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Fanat.Az xəbər verir ki, gənclər arasında qüvvəsini sınayan idmançı gürzlərlə çıxışına görə hakimlərdən 28.850 bal alaraq yarışı üçüncü sırada tamamlayıb.
Rumıniyalı Amalia Lika birinci, polşalı Liliana Levinska ikinci yeri tutub.
Qeyd edək ki, bu, Azərbaycan bədii gimnastlarının qitə çempionatında ilk medalıdır.