PSJ-nin hücumçusu Mauro İkardi karyerasını Premyer Liqada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Corriere dello Sport" yayıb.
İddiaya görə, parislilər 29 yaşlı argentinalının "Vulverhempton"a transferini təşkil etməyi tanınmış futbol agenti Xorxe Mendeşdən istəyib.
Mənbə həmçinin vurğulayıb ki, İkardinin gedişi "Sassuolo"nun hücumçusu Canluka Skamakkanın PSJ-yə transferini sürətləndirə bilər. PSJ-nin Skamakka üçün qarşı tərəfə 35 milyon avro təklif etdiyi bildirilir.
Mirağa