"Sumqayıt"ın yay hazırlıq planı bəlli olub.
Fanat.Az "gənclik şəhəri" təmsilçisi növbəti mövsümün çalışmalarına iyunun 27-də başlayacaq.
Hazırda istirahətdə olan belaruslu baş məşqçi Aleksey Baqa isə Azərbaycana iki gün əvvəl - ayın 25-də dönəcək.
"Sumqayıt" hazırlığın mərhələsini doğma şəhərdə keçirəcək. İyulun 15-dək Sumqayıtda hazırlıq keçəcək komanda toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yollanacaq. Boludakı 2 həftəlik hazırlıq müddətində 3 yoxlama oyunu nəzərdə tutulub.
Qeyd edək ki, hələlik rəsmi transfer həyata keçirməyən "Sumqayıt"ı mövsümün sonunda iki futbolçu - Tellur Mütəllimov və Anatoli Nuriyev tərk edib. Hər ikisi "Sabah"a üz tutub.
Mirağa