"Bayern Münhen" klubunun polşalı hücumçusu Robert Levandovski klubdakı vəziyyəti ilə bağlı açıqlama verib.
Fanat.Az xəbər verir ki, "Sky Deutchsland" 33 yaşlı forvardın dediklərini belə çatdırıb:
"Mənim qarşıda daha bir il müqaviləm var, buna görə də klubdan transfer təşkil etməyi xahiş etdim. Hesab edirəm ki, bu, indiki vəziyyətdə ən yaxşı həll yoludur, xüsusən də sövdələşmə nəticəsində “Bayern Münhen” də pul ala biləcək.
Mən heç kəsi, heç nəyə məcbur etmək istəmirəm, məsələ bunda deyil. Söhbət ən yaxşı həll yolunu tapmaqdan gedir".
Emin