Azərbaycan Kubokunun 1/4 final mərhələsinin oyunlarına hakim təyinatları açıqlanıb. Fanat.az xəbər verir ki, "Qəbələ” - “Qarabağ” oyunu FIFA referisi Rəhim Həsənova tapşırılıb.
"İnter" - "Neftçi" oyununu digər beynəlxalq dərəcəli hakimimiz Əliyar Ağayev idarə edəcək. “Rəvan” - “Bakı” matçında Orxan Məmmədov, “Araz Naxçıvan” - “Xəzər Lənkəran” görüşündə Elvin Əsgərov fit çalacaq.
12 mart
Qəbələ - Qarabağ
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Teymur Fərhadov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Qəbələ şəhər stadionu. Saat 14.30.
Rəvan - Bakı
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mübariz Haşımov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Alik Yunusov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Şahin Cəfərov.
"Bayıl Arena". 15.00.
Araz Naxçıvan - Xəzər Lənkəran
Hakimlər: Elvin Əsgərov, Rza Məmmədov, Namiq Hüseynov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Əli Hüseynov.
Naxçıvan Muxtar Respublika stadionu. Saat 15.00.
İnter - Neftçi
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Fərid Məmmədov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Məlik Həsənov.
“Şəfa” stadionu. Saat 19.00.
Fanat.az