"Fənərbağça"nın idman direktoru Mario Branko Rusiya millisinin hücumçusu Artym Dzyubanın İstanbul klubuna keçəcəyi ilə bağlı şayiələrə aydınlıq gətirib.
Fanat.Az xəbər verir ki, "Sport.24" Brankodan sitat gətirib: “Dzyuba “Fənərbağça”ya keçməyə yaxındır? Biz onunla və ya başqa hücumçu ilə danışıqlar aparmırıq”.
Qeyd edək ki, Rusiya Premyer Liqasının son mövsümündə Dzyuba "Zenit"in heyətində 27 matçda iştirak edib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. O, Sankt-Peterburq klubunu azad agent kimi tərk edib.
Mirağa