"Mançester Yunayted"in baş direktoru Riçard Arnold klubun transfer siyasətindən danışıb.
Fanat.Az xəbər verir ki, "The Sun" onun söylədiklərini belə çatdırıb:
"Biz çox böyük məbləğdə pulu havaya sovurduq. MY transferlərə 1 milyard funt-sterlinq (1,17 milyard avro - red.) xərclədi. İndi düşdüyümüz vəziyyətdən çıxmaq məcburiyyətindəyik. Əlbəttə ki, bu, asan olmayacaq.
Təbii, indi futbolçuların məşq etdiyi meydançaya yaxınlaşıb 1 milyardın harda olduğunu soruşa bilmərik. Yeganə variant fəsadları aradan qaldırmaq və bir daha belə səhvə yol verməməyin yollarını axtarmaqdır".
2021/2022 mövsümünün yekunlarına əsasən, "Mançester Yunayted" İngiltərə Premyer Liqasının turnir cədvəlində 6-cı yeri tutub. "Qırmızı şeytanlar"ı yeni mövsümdən niderlandlı mütəxəssis Erik ten Haq çalışdıracaq.
Nihat