"Liverpul"un və İspaniya millisinin sabiq müdafiəçisi Xose Enrike "Real Madrid"in futbolçuları Məhəmməd Salahı gülünc vəziyyətə salmaq üçün Çempionlar Liqasının finalını qazanmaq istəyirdi" deyən Rodriqoya cavab verib.
Fanat.Az-ın məlumatına görə, Enrike şəxsi "Twitter" hesabında belə yazıb:
"Rodriqo sən hələ çox gəncsən, bir az ehtiyatlı ol. Belə getsə, mən özüm səni axtarmalı olacağam. Çox çərənləyirsən".
Xatırladaq ki, Çempionlar Liqasının "Real"ın qələbəsi ilə bitən (1:0) son finalı ərəfəsində Salah bu turnirin 2018-ci ildə keçirilən həlledici qarşılaşmasında aldıqları yenilginin əvəzini çıxmaq istədiyini, qisasa kökləndiyini bir neçə dəfə dilə gətirmişdi.
Nihat