UEFA "Vest Hem"in yarımmüdafiəçisi Deklan Raysı cəzalandırıb.
Fanat.Az BBC-yə istinadən xəbər verir ki, yarımmüdafiəçi Avropa Liqasının yarımfinalında "Ayntraxt Frankfurt"la cavab oyunundan sonra hakimi tənqid etdiyinə görə diskvalifikasiya olunub.
Raysın cəzası iki matç olacaq. Bundan başqa, “Ayntraxt”la ilk oyunda meydandan qovulan “Vest Hem”in baş məşqçisi David Moyes də bir oyunluq cəza alıb.
Deklan Rays “Ayntraxt”la oyundan sonra hakimin ünvanına belə deyib:
“Hakim, sən bütün gecəni bərbad etdin. Necə bu qədər pis ola bilirsən, düzünü de? Yəqin sənə pul ödənilib”.
Mirağa