"İnter"in çilili yarımmüdafiəçisi Arturo Vidal kareyrasını Argentinanın "Boka Xuniors" klubunda davam etdirməkdə maraqlıdır.
Fanat.Az "Ole"yə istinadən xəbər verir ki, 35 yaşlı oyunçu bu istəyini agenti Fernando Feliçeviçə də çatdırıb.
Daha öncə "Boka Xuniors"un vitse-prezidenti Xuan Roman Rikelme Vidalın bu komandada oynamaq üçün doğulduğunu demişdi.
Sözügedən futbolçunun "İnter"lə olan müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.
Nihat