"Valyadolid"in prezidenti və sahibi Ronaldo növbəti mövsümdən elitada çıxış edəcəyi dəqiqləşən komandanı iki məşhur braziliyalı ilə gücləndirmək niyyətindədir.
Fanat.Az xəbər verir ki, informasiyanı UOL yayıb.
Mənbə futbolə fsanəsinin "Real Madrid"dən ayrılan Marselonu və "Barselona" ilə vidalaşan Dani Alvesi azad agent qismində heyətə qatmağı hədəflədiyini vurğulayıb. Xəbərə görə, Ronaldo sözügedən həmyerlilərini "Valyadolid"ə gətirməklə həm də klubun reklamlardan daha çox qazanmasını təmin etmək istəyir.
Nihat