"Liverpul" "Aberdin"in 18 yaşlı müdafiəçisi Kalvin Remsini transfer edib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, gənc şotlandiyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Remzi mersisaydlıların heyətində 22 nömrə altında çıxış edəcək.
2021/22 mövsümündə Remzi Şotlandiya çempionatında 24 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib. Mövsümün sonunda o, ən yaxşı gənc şotlandiyalı elan olunub.