"Mançester Siti"nin hücumçusu Rahim Sterlinq klubu tərk etməyə yaxındır.
Fanat.Az xəbər verir ki, İngiltərə millisinin forvardının "Çelsi"yə keçmək ehtimalı yüksəkdir.
İnformasiyanı tanınmış jurnalist Canluka Di Martsio öz saytı vasitəsi ilə yayıb. Mənbə 27 yaşlı futbolçunun oyun tərzinin "zadəganlar"ın baş məşqçisi Tomas Tuxelin çox xoşuna gəldiyini, alman mütəxəssisin Rahimə start "11-lik"də yer verməyə hazır olduğunu vurğulayıb. Xəbərə görə, İngiltərə millisinin üzvünün transferi "Çelsi"yə 41 milyon avroya başa gələcək.
Xatırladaq ki, 2015-ci ildən "Çelsi"də olan Sterlinq son mövsümdə 30 Premyer Liqa matçına çıxıb. Bu görüşlərdə 13 qol vuran futbolçu 6 məhsuldar ötürmə ilə də yadda qalıb.
Nihat