Son vaxtlar adı Fransa millisi və PSJ ilə yanaşı çəkilən Zinəddin Zidan sükutu pozub.
Fanat.Az UFP-yə istinadən xəbər verir ki, növbəti iş yerinin hara olacağı ilə bağlı sualdan yayınan Zizu məşqçilik karyerasını davam etdirmək istədiyini deyib:
"Futbol yanğısı hələ də ruhumu tərk etməyib. Karyeramı davam etdirməkdə maraqlıyam. 50 yaşım var və bu idman növünə olan marağımı sözlə ifadə etmək çətindir. Futbol mənim ehtirasımdır. Mən futbolla xoşbəxtəm".
Qeyd edək ki, Zidanın son iş yeri ötən ilin yayında ayrıldığı "Real Madrid" olub.
Nihat