"Fiorentina" klubunun rəhbərliyi müdafiəçi Dodonun transferi ilə bağlı "Şaxtyor"a xəbərdarlıq edib.
Fanat.Az VialoNews-ə istinadən xəbər verir ki, İtaliya klubu ukraynalılardan dərhal cavab gözləyir və 10 milyon avrodan artıq ödəmək fikrində deyil.
Donetsk klubu əvvəlki təkliflərindən imtina edib, braziliyalı üçün ən azı 15 milyon avro istəyib və məbləği azaltmayacaqlarını bildirib.