AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri I divizionun XX turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:
“Şəmkir” - “Lokomotiv” matçının 65-ci dəqiqəsində “Şəmkir” klubunun futbolçusu Ramin Allahverdiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.
Oyunun 80-ci dəqiqəsində “Lokomotiv” klubunun futbolçusu Tural Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.
“Neftçala” - MOİK matçının 63-cü dəqiqəsində MOİK klubunun məşqçisi Şamil Adilov texniki zona qaydalarını pozduğuna görə meydandan meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.
“Araz Naxçıvan” - “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
“Qaradağ” - “Bakılı” matçında “Bakılı” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
Fanat.az