FİFA 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarına ev sahibliyi edəcək bütün şəhərlərlə bağlı qərar verib.
Fanat.Az "NBC Sport"a istinadən xəbər verir ki, dünya çempionatının ilk dəfə üç ölkədə - ABŞ, Meksika və Kanadada keçiriləcək.
ABŞ-da Kanzas Siti, Hyuston, Dallas, San Fransisko və Los Anceles də daxil olmaqla 11 şəhər seçilibsə, Meksikadakı oyunlar Mexiko, Monterrey və Qvadalaxarada baş tutacaq. Kanadada isə mundial ab-havası yaşayacaq şəhərlər Vankuver və Torontodur .
Çempionatın final matçının keçiriləcəyi şəhər isə daha sonra açıqlanacaq ki, bu da DÇ tarixində bir ilkdir.
Emin